Erməni əsirin özü və ailəsi haqda bilmədiklərimiz...
Bizi izləyin

Qırmızı.az

Erməni əsirin özü və ailəsi haqda bilmədiklərimiz...

Və yaxud Ermənistanın Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamo Çobanyan niyə bir neçə gün öncə dediklərini təkzib etdi

Azərbaycan silahlı qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamiko Xocayanın ailəsi haqda yeni təfərrüatlar üzə çıxıb.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamo Çobanyan yayıb. Onun sözlərinə görə, Mamikonun həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada avtomobil qəzasında həlak olub, bir nəvəsi də xəstəlikdən ölüb.

Kamo Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk şəhərinə aparıb. Ancaq Mamiko oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamiko son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.

Xatırladaq ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamiko əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya mediasına sırımaq istəyir. O ki qaldı Mamikonun Rusiyada yaşadığı oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir televizya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.

Qeyd edək ki, Mamikonun 3 oğlu, 3 qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm