Bakıda ev yandı, ailə başçısı xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Bakıda ev yandı, ailə başçısı xəsarət aldı

Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Rayon Polis İdarəsindən Publika.az-a veilən məlumata görə, hadisə “Bakı Elektroterm” zavodunun yataqxanasında qeydə alınıb.

Ağdam rayon sakini Sərxan Məmmədova məxsus evin 56 kvadrat metr olan ərazisi yanaraq kül olub. Hadisə yerinə yanğın söndürən briqada cəlb olunub. Ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşüb, ev sahibi S. Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin məıumata görə, yanğın qısaqapanmadam olub. Təfərrüatlar araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm