• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hərbçimiz qəza törətdi

Hərbçimiz qəza törətdi

Bu gün saat 09:00 radələrində Lənkəran şəhərinin mərkəzində, Mir Mustafaxan küçəsində ölümlə nəticələnən avtoqəza baş verib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinə məxsus, gizir Namiq Musayevin idarə etdiyi “Maz” markalı maşın 4 yol ayrıcında velosipedlə hərəkət edən şəhər sakini, 53 yaşlı İsmayıl Nəsirovu vurub.


Velosipedçi aldığı xəsarətlərdən yerində keçinib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya velosipedçinin diqqətsizliyi, işıqfora məhəl qoymadan hərəkətini davam etdirməsi səbəb olub.


Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb. Qəzanın baş verməsinin dəqiq səbəbləri aparılan araşdırmalar və avtotexniki ekspertizalar nəticəsində məlum olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR