Prokurorluq əməkdaşı Azərbaycanla həmsərhəd kənddə adam güllələdi
Bizi izləyin

Qırmızı.az

Prokurorluq əməkdaşı Azərbaycanla həmsərhəd kənddə adam güllələdi

Dağıstanda yerli prokurorluğun yüksəkçinli əməkdaşı həbs edilib.

Publika.az NEWSru.com saytına istinadla xəbər verir ki, saxlanılan şəxs ölümə cəhddə şübhəli bilinir.

İlkin məlumatlara görə, hadisə iki gün əvvəl Dağıstanın Azərbaycanla sərhədində olan Yaraq-Qazmalar kəndində baş verib.

Mahaçqala şəhər prokurorunun köməkçisi Fərid Xanəmirov kafelərdən birində qardaşı və qohumları ilə nəsə müzakirə edirmiş. Bu zaman kafedə olan bir nəfər Xanəmirovun bacısı ilə mübahisəyə başlayıb.

Məsələyə Xanəmirov qardaşları və onların bir dostu qarışıb. Nəticədə prokuror köməkçisinin bacısıyla mübahisə edən şəxsə tapançadan 3 dəfə atəş açılıb.

Boynundan və ayağından yaralanmış şəxs vaxtında xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.

Fərid Xanəmirov həbs edilsə də, qardaşı və dostu hələ axtarışdadır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm