Piyadanı öldürən sürücü tutuldu
Bizi izləyin

Qırmızı.az

Piyadanı öldürən sürücü tutuldu

Abşeron rayonu ərazisində piyadanı vurub qaçan sürücü saxlanılıb.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, “Opel” markalı avtomobilin sürücü 52 yaşlı Əli Qasımov yolu keçən piyada 32 yaşlı piyada Daşqın Qasımovu vurub.

Piyada dünyasını dəyişsə də, sürücü onu köməksiz vəziyyətdə qoyaraq qaçıb. Saxlanılandan sonra istintaqa ifadə verən sürücü əməlini etiraf edib:

“Qəza anidən oldu. Maşını saxlayıb baxdım. Gördüm başından zərbə alıb və yerindəcə keçinib. Qorxumdan qaçıb getdim”.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm