Əlilin müalicəsi üçün yığdığı pul oğurlandı
Bizi izləyin

Qırmızı.az

Əlilin müalicəsi üçün yığdığı pul oğurlandı

İkinci qrup əlilin evindən pul oğurlanıb. Abşeron Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən Publika.az-a verilən xəbərə görə, Xırdalan şəhər sakini Vaqif Kərimov bu badərə “102” xidmətinə zəng edərək məlumat verib.

O, mənzilindən 3740 manat pul, 500 ABŞ dolları və gümüş əşyalarının oğurlandığını deyib. Hadisə baş verərkən ev sahibi evdə olmayıb. Lakin evə qayıdanda mənzilinin qarət olunduğunu görüb.

Onu da qeyd edək ki, zərərçəkən izahatında həmin pulları müalicəsi üçün yığdığını bildirib.

Rayon Polis Şöbəsindən onu bildirdilər ki, oğurluq törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

Faktla bağlı artıq cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm