Avtomobillər toqquşdu: 3 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Avtomobillər toqquşdu: 3 nəfər xəsarət aldı

Maştağa qəsəbəsində avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, Bakı şəhər sakini, 34 yaşlı Telman Səfərovun idarə etdiyi “BYD” markalı avtomobil Elxan Çuvarovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106"nın sürücü Elxan Çuvarov , onun sərnişinləri Orxan Məlikov və Mahmud Əhmədov xəsarət alıblar. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm