Ukrayna ordusunun bir bölüyü separatçılara qoşuldu
Bizi izləyin

Qırmızı.az

Ukrayna ordusunun bir bölüyü separatçılara qoşuldu

Ukrayna hərbçiləri kütləvi şəkildə “Donetsk Xalq Respublikası”nın (“DXR”) tərəfinə keçir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR”in “baş naziri” Aleksandr Zaxarçenko bildirib.

“25-ci aeromobil briqadasının komandirlərindən biri tabeliyindəki bölüyü və bir BMP-ni götürərək tərəfimizə keçib. Bu cür hadisələr kütləvi şəkildə baş verir”, – Zaxarşenko deyib.

“Baş nazir” separatçıların öz torpaqları uğrunda döyüşdüyünü iddia edib. A.Zaxarçenkon hazırda İlovaysk şəhəri yaxınlığında Ukrayna ordusu ilə “özünümüdafiə qüvvələri” arasında şiddətli döyüşlər getdiyini qeyd edib.

Ukrayna tərəfi isə hərbçilərin separatçıların tərəfinə keçməsi barədə yayılan informasiyaları informasiya müharibəsinin tərkib hissəsi hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm