Jurnalistin evini qarət etdilər
Bizi izləyin

Qırmızı.az

Jurnalistin evini qarət etdilər

Avqustun 15-dən 16-na keçən gecə Binəqədi rayonu, 1-ci Mədən kücəsi, 9 cu korpsda yaşayan Elmin Nurinin mənzili qarət olunub.

Publika.az –ın əldə etdiyi məlumata görə, ona məxsus mənzildən 3700 ABŞ dolları məbləğində qızıl-zinyət əşyaları oğurlanıb. Lakin maraqlı məqam ondan ibarətdir ki, oğurluq edən şəxs və ya şəxslər evdə olan iki ədəd noutbuk və digər qiymətli əşyalara toxunmayıb.

Hadisə baş verən gün toyda olan ailə qayıdarkən mənzilinin qarət olunduğunu görüb və “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verib. İfadəsində bildirib ki, naməlum şəxslər ailənin evdə olamamasından istifadə edərək pəncərəni söküb evə daxil olublar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən Publika.az –a bildirildi ki, hadisə ilə bağlı cinayət işi açılıb, oğurluq edən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, zərəçəkmiş Elmin Nuri jurnalistdir, Modern.az saytının əməkdaşıdır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm