Məhəmməd adı Böyük Britaniyada geniş yayılıb
Bizi izləyin

Qırmızı.az

Məhəmməd adı Böyük Britaniyada geniş yayılıb

Böyük Britaniyanın statistika komitəsinə əsasən, İngiltərə və Uelsdə Məhəmməd adı geniş yayılıb. Ölkədə 7445 nəfər müxtəlif cür səslənən bu adı daşıyır. Valideynlər övladlarına daha çox Muhammad, Mohammed, Mohammad adlarını qoyurlar. Siyahıda növbəti yerdə Oliver və Harri adları qərarlaşıb. Corc adı isə 10-cu yerdə gəlir. Qeyd edək ki, hər üç adı kral ailəsinin üzvləri daşıyır.

Qızlar arasında ən geniş yayılmış ad Ameliyadır. Bu ad Oliviya və Emilini qabaqlayıb.

Maraqlısı odur ki, multikultural Londonda və ölkənin qərb hissəsində valideynlər övladlarına Məhəmməd adı qoyurlar. Lakin ümumilikdə ölkə üzrə götürdükdə kişilərə daha çox Oliver adı verilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm