Uşaqların kompüterdən istifadə saatları – VALİDEYNLƏRƏ MƏSLƏHƏT
Bizi izləyin

Qırmızı.az

Uşaqların kompüterdən istifadə saatları – VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Oftalmoloqlar kompüterdən istifadə edən, televizor qarşısında uzun müddət vaxt keçirən, mobil telefonları əlindən yerə qoymayan uşaqları göz sağlamlığı ilə bağlı təhlükə gözlədiyini bildiriblər.

Uşaqların uzun müddət televizor, kompüter və mobil telefonla ünsiyyətdə olması göz sağlamlığı ilə yanaşı onların ruhi və fiziki sağlamlığına da mənfi təsir edir.

Uşaqların bu texnoloji vasitələrdən istifadə müddəti 7 yaşına qədər gündə 1 saat, 14 yaşa qədər gündə 2 saat olmalıdır. Və bu istifadə müddəti ərzində arada 10 dəqiqə fasilə vermək, fasilə zamanı fiziki hərəkətlər etmək və uzağa baxmaq məsləhətdir. 2 yaşına qədər uşaqlara isə hətta oynatmaq üçün də vermək olmaz.

Yetkin insanla uşağın göz şikayəti fərqli olur.

İşi kompüterlə əlaqəli olan yetkin insanların gözlərində quruluq, yanma, batma kimi şikayətləri olduğu halda, göz problemi olan uşaqlar daha çox göz qızartısından şikayət edir.

Kompüter arxasında çalışan yetkin insanların arada 20 dəqiqə fasilə verməsi və 20 saniyə ərzində 20 metr uzağa baxmaqla gözlərinə istirahət verməsi məsləhətdir. Uzun müddət kompüter qarşısında oyun oynayan uşaqlar 20 dəqiqədən bir monitordan uzaqlaşdırılmalı,10 dəqiqə fiziki idman hərəkətləri etməli və gözlərini dincəltməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm