Ermənilər yarıyolda qaldı (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Ermənilər yarıyolda qaldı (VİDEO)

Ermənistandan Rusiyaya gedən sərnişin avtobusu yolda qalıb. ANS PRESS-in “News.am” saytına istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib. Sərnişin avtobusu Aparan kəndində xarab olub.

Nəticədə avtobusda olan 53 sərnişin köməksiz vəziyyətdə qalıb. Onların arasında 10 uşaq və bir hamilə qadın olub.

Baxmayaraq ki, avtobus beynəlxalq reys üçün nəzərdə tutulubmuş, lakin onun kondisioner və havalandırma sistemi işləməyib. Ümumiyyətlə avtobus sərnişin daşımaq üçün yararlı olmayıb.

Havanın həddindən artıq isti olması isə sərnişinlərin vəziyyətini olduqca ağırlaşdırıb. Sərnişinlər bildiriblər ki, onların halı ilə heç ki maraqlanmayıb.

“Kişilər yenə birtəhər dözür. Uşaqlar və hamilə qadının vəziyyəti daha ağırdır. Bizimlə maraqlanan yoxdur. Yolda qalmışıq. Nə bizim pulumuzu qaytarırlar, nə də yola düşəcək vaxtı deyirlər”, - deyə sərnişinlər şikayətləniblər.

Xarab olan avtobusun məxsus olduğu “Foenix Trans” şirkətindən isə bildiriblər ki, məsələdən xəbərdardılar. Lakin problemin nə vaxt həll olunacağını onlar da bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm