Qırmızı.az
Manyak azərbaycanlı qızı tikə-tikə doğradı (FOTO)
ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində 52 yaşlı
seksual manyak Azərbaycan vətəndaşı, bir neçə ildir bu ölkədə
yaşayan və işləyən 23 yaşlı qızı xüsusi qəddarlıqla öldürüb və
cəsədini oğurlayıb.
Publika.az-ın məlumatına görə, bu dəhşətli qətl hadisəsi barədə
Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzeti yazır.Qətl
hadisəsi təxminən 3 il əvvəl - 2011-ci il iyulun ortalarında Boston
ətrafında yerləşən Kuinsi şəhərində baş verib. Lakin o vaxtdan bəri
cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.
Yalnız indi prokurorluq bu dəhşətli qətl üzrə əsas şübhəli şəxsi
müəyyən edib və qətlin 9 yaşlı qızı zorlayaraq öldürdüyünə görə
əvvəllər məhkum edilən seksual manyak tərəfindən törədildiyini
bildirib. Qəzet yazır ki, 23 yaşlı Azərbaycan vətəndaşı Evelin
Vəlibəyova Kuinsi şəhərində yaşadığı mənzildən yoxa çıxıb. Onun
yaşadığı mənzildə dəhşətli qətlin izlərinə rast gəlinib, evdəki
xalça və əşyalar büsbütün qan içində olub.
E.Vəlibəyovanın görüntüləri sonuncu dəfə 2011-ci il iyulun
ortalarında Kuinsi şəhərinin “North Quincy” metro stansiyasından
çıxıb evə gedərkən metronun videomüşahidə kameraları tərəfindən
qeydə alınıb. Qızın öldürüldüyü məlum olsa da onun cəsədi indiyədək
tapılmayıb və qətlin kim tərəfindən törədildiyi də məlum
deyildi.
Yalnız indi prokurorluq bildirir ki, qızın yataq otağından
qətlin kim tərəfindən törədildiyini müəyyən etməyə əsas verən dəlil
tapılıb. Bu həftə Norfolk Dairə Prokurorluğundan yayılan rəsmi
açıqlamada deyilir ki, qətl üzrə şübhəli şəxs 1986-cı ildə
Rod-Aylend ştatının Vunsoket şəhərində 9 yaşlı qızı aldadaraq
meşəyə aparan və orada zorlayaraq qəddarlıqla öldürən seksual
manyak Con D.Castonqaudur.
C.Castonqau törətdiyi qəddar cinayətə görə 1987-ci ildə 25 il
həbsə məhkum edilib, 2006-cı ildə isə şərti azadlığa çıxıb.
Manyakın işinə baxan hakim Mark Volf deyir ki, o, C.Castenqauya 75
il həbs cəzası tələb etmişdi, çünki onun olduqca təhlükəli və
hiyləgər adam olduğunu, azadlığa çıxandan sonra yenidən bu cür
cinayət törədəcəyini bilirdi.
Lakin məhkəmə heyəti C.Castenqauya minimal cəza - 25 il həbs
verib, üstəlik o, məhkumların cəzasının üçdə ikisini çəkəndən sonra
şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququndan faydalanaraq
2006-cı ildə həbsxanadan çıxıb.
Prokurorluq rəsmiləri deyirlər ki, seksual manyaka yüngül cəza
verilməsinin və onun vaxtından əvvvəl azadlığa çıxmasının
nəticələri E.Vəlibəyova üçün ölümcül olub. Belə ki, C.Castenqau
azadlığa çıxandan sonra usta işləyib. İstintaq müəyyən edib ki, o,
qətldən əvvəl E.Vəlibəyovanın yaşadığı mənzildə təmir işi
görüb.
E.Vəlibəyova dostları və ailə üzvləri tərəfindən olduqca ünsiyyətcil, ambisiyalı, çalışqan, Amerika xəyallarını reallaşdırmaq üçün gecə-gündüz çalışan qız kimi xarakterizə edilir.“Gözəl, qara gözlü, qara saçlı, olduqca xarizmatik və olduqca ağıllı qız idi. O, səkkiz dildə sərbəst danışırdı, ancaq məncə, 10-a yaxın dil bilirdi” - deyə E.Vəlibəyovanın iş yoldaşı və dostu Dunkan Boyd bildirir.
D.Boyd deyir ki, E.Vəlibəyova yoxa çıxmazdan əvvəl
C.Castenqaunun onun mənzilində təmir işi apardığını və mənzilin
açarını ona verdiyini danışmışdı. Mənzildə qızla tək qalmasından
istifadə edən seksual manyak isə onu zorlayıb və qəddarlıqla qətlə
yetirib.
Məqalədə bildirilir ki, E.Vəlibəyova yoxa çıxmazdan bir gün əvvəl Azərbaycanda yaşayan anası ilə skype ilə videoəlaqə yaratmağa hazırlaşırdı, ancaq bu, baş tutmayıb. Azərbaycanlı qızın yoxa çıxdığı haqda onun işlədiyi restoranın işçiləri polisə xəbər veriblər. Qızın həmin gün növbəyə çıxmamasından narahat olan iş yoldaşları polisi bu barədə məlumatlandırıblar. Polis qızın yaşadığı mənzilin qapısının açıq olduğunu, E.Vəlibəyovanın şəxsi əşyalarının, o cümlədən bir sıra mühüm sənədlərinin yoxa çıxdığını, içəridə hər yerdə qan izlər olduğunu müəyyən edib.
D.Boyd deyir ki, polis bütün xəstəxanaları və morqları axtarıb,
qızın cəsədini heç yerdə tapmayıb.
“Evelin öz mənzilində öldürülmüşdü və onun cəsədi oğurlanmışdı” -
deyə D.Boyd bildirir.
Müstəntiqlər daha sonra qızın bəzi əşyalarını, o cümlədən əl
çantasını, pul qabını, mobil telefonunu Dorçester ətrafında
tapıblar. Ancaq cəsədin axtarışı heç bir nəticə verməyib. İndi
prokurorlar bildirirlər ki, cəsədin tapılmayacağı təıqdirdə
C.Castenqauya qətl ittihamı irəli sürmək problemli olacaq.
Məlum olub ki, C.Castenqau şərti azadlığa çıxma şərtlərini pozduğu üçün ötən ilin noyabrında yenidən həbs olunub. Seksual manyak hazırda Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasında saxlanılır. E.Vəlibəyovanın işlədiyi restoranın sahibi Kristian Tornton deyir ki, azərbaycanlı qızın bu cür qətlə yetirilməsi və cəsədinin oğurlanması onun həyatını da dəyişdirib.
“Vəlibəyova restoranda işləməklə yanaşı həm də mənim iki uşağıma
dayəlik edirdi. O, olduqca gözəl, ağıllı, savadlı və gənc qadın
idi. Sadəcə olaraq dəhşətdir, olduqca dəhşətdir. Elə gün olmaz ki,
mən onun haqqında düşünməyəm” - deyə K.Tornton bildirir.
Hazırda bu hadisə ilə bağlı vaxtilə 9 yaşlı qızı zorlayıb qətlə
yetirmiş manyakın niyə minimal cəzaya məhkum edilməsi, üstəlik
vaxtından əvvəl azadlığa buraxılması müzakirə olunur. ABŞ baş
prokurorunun keçmiş köməkçisi Brayan Kelli deyir ki, azyaşlı uşağı
oğurlayan və zorlayaraq qətlə yetirən təhlükəli cinayətkarın
həbsxanadan buraxılması “tamamilə ağılsızlıq” idi.
Virtualaz.org
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu