Üç nəfər “bomj”xəstəxanaya yerləşdirilib
Bizi izləyin

Qırmızı.az

Üç nəfər “bomj”xəstəxanaya yerləşdirilib

Üç nəfər “bomj”xəstəxanaya yerləşdirilib

Dünən üç nəfər yaşayış yeri olmayan (“bomj”) şəxsləri ümumi soyuqlama ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə təcili yardıma ərazidə yaşayan sakinlər, yaxud polislər məlumat verib.

Bu barədə Publika.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Z.Vahidovanın sözlərinə görə, müraciətlər Yasamal, Xətai, Sabnunçu rayonlarından olub.

“Onların üçün də 40-50 yaşlarında kişidir. Təcili yardım çağırıldığı yerlərdə küçədə qalan olmayıb. Hamısı xəstəxanaya yerləşdirlib”.

Z.Vahidovanın sözlərinə görə, hər gün bu cür insanlarla bağlı bir neçə müraciət olur, onların hamısı xəstəxanaya yerləşdirilir, bir gün qaldıqdan sonra yenidən çıxırlar xəstəxanadan. Amma istənilən halda təcili yardım onları xəstəxanaya yerləşdirməlidir.

Həkimin sözlərinə görə, travmalarla bağlı 35-ə yaxın müraciət edilib. Xəstəxanaya ehtiyacı olanlar ora yerləşdirilib. Olmayanlar isə evlərinə aparılıb.Həmin şəxslərə də yerindəcə yardım göstərilib, sarğı qoyulub:

“Xəstəxanaya yerləşdirilənlərdə, əsasən sınıq, çıxıq diaqnozu qoyulub. Bunlar da ciddi sayılır. Travmalar hamısı küçədə sürüşmədən baş verib. Onların əksəriyyəti qadınlardır. Gündüz olanlar qadınlar, axşam xəsarət alanlar isə kişilər olub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm