Bu günün tarixi - 17 avqust
Bizi izləyin

Qırmızı.az

Bu günün tarixi - 17 avqust

Miladi: 17 avqust 2014
Hicri: 20 şəvval 1435

İlin 228-ci günü
İlin sonuna 137 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.36
Günəş - 06.52
Zöhr - 13.49
Əsr - 18.12
Məğrib – 20.53
İşa – 22.20

1942-ci ildə Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev anadan olub

1943-cü ilsə Azərbaycanın Xalq artisti İlhamə Quliyeva anadan olub

1945-ci ildə İndoneziya müstəqilliyini əldə edib

1950-ci ildə Azərbaycanın Əməkdar artisti Cəfər Namiq Kamal anadan olub

1950-ci ildə Azərbaycanın Əməkdar artisti Ənvər Həsənov anadan olub

1978-ci ildə İranda şah rejiminə qarşı vətrəndaş müharibəsi başladıldı

1993 - Milli Məclisdə "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul edilib. Qərarda Ələkram Hümbətovun qondarma "Talış-Muğan Respublikası" yaratmaq cəhdi dövlətçilik əleyhinə qəsd kimi qiymətləndirilib. Parlament həmçinin Ə.Hümbətovla işbirliyində günahlandırılan keçmiş müdafiə naziri Rəhim Qazıyevi Milli Məclis üzvlüyündən azad edib və onun barəsində cinayət işi açılıb.

1996-cı ildə Rusiya ilə Çeçenistan arasında rəsmi atəşkəs imzalanıb

1999-cu ildə Türkiyənin Kocaeli vilayətində meydana gələn 7.4 bal zəlzələdə 50 minə yaxın insan öldü

2002 - Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb. Prezident Heydər Əliyevin fərmanı ilə Fondun Əsasnaməsi təsdiqlənib. Sənədə əsasən, Azərbaycan Beynəlxalq Bankında Fondun bank hesabları açılıb. İlk dəfə olaraq ölkə əhalisi Azərbaycan ordusuna bilavasitə yardım göstərmək imkanı əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm