• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Özünü asıb öldürən" şəxs danışdı: "Mən ölməmişəm"

"Özünü asıb öldürən" şəxs danışdı: "Mən ölməmişəm"

İki gün əvvəl özünü asaraq intihar etmiş Bakı sakini 64 yaşlı Zoya Məhərrəmovanın oğlunun və ərinin də eyni aqibətlə dünyalarını dəyişmələri barədə yazılan xəbərlər öz təsdiqini tapmayıb.

Mərhumun öldüyü deyilən oğlu ANS PRESS-ə zəng vuraraq sağ-sağlam olduğunu, atasının da tamamilə başqa səbəbdən dünyasını dəyişdiyini bildirib.

"Dünən dəfn etdim anamı. Ailəmiz haqqında yazılanları dostlarım mənə çatdırdı. Yazılanlara görə mən və atam özümüzü asaraq intihar etmişik. Sizə düzgün məlumat ötürməyiblər. "

Adının açıqlanmasını istəməyən oğul anasının özünə qəsd etməsinin səbəbini açıqladı: "Anamın qardaşı 1997-ci ildə özünü asaraq intihar etmişdi. Dayımın faciəsi anama böyük sarsıntı yaşatmışdı. Anam bu illər ərzində sakitləşə bilmirdi. Bilirdim özünə nəsə eləyə bilər... Çox qorudum, amma sonunda bacarmadım. Anam eynilə dayım kimi özünə qəsd etdi. Eyni otaqda eyni qarmaqla özünü asdı."

Xatırladaq ki, 14 avqust axşam saat 18:35 radələrində Bakının Nərimanov rayonu ərazisində 64 yaşlı qadının asılmış meyidi tapılıb. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli 36, mənzil 38 ünvanında baş verib. 26.09.1950-ci il təvəllüdlü Zoya Aleksandrovna Məhərrəmova asılmış meyidi tapılıb. Meyidi tibbi müayinə etdikdən sonra məlum olub ki, qadın intihar edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR