“Chevrolet Niva” piyadanı öldürdü
Bizi izləyin

Qırmızı.az

“Chevrolet Niva” piyadanı öldürdü

Bu axşam Şabranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza Şabran-Taxtalar-Zeyvə yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini 20 yaşlı Qasımov Mənsur Camaləddin oğlunun idarə etdiyi 10-VS-740 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı maşınla Şabran rayon sakini 17 yaşlı Şahbazov İlkin Nəbi oğlunu vurub. Piyada Şahbazov aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm