Qırmızı.az
Bakıda gözəllik salonu partladı, yaralı var (FOTO,YENİLƏNİB)
Bakının Nərimanov rayonunda gözəllik salonda baş verən partlayış nəticəsində yaralanan qadınına dı bəlli olub.
ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi
məlumata görə, hadisə baş verən zaman salonda 3 nəfər olub.
Onlardan biri kişi, ikisi isə qadın olub. Ağır xəsarət alan qadın
xadimə işləyib. O üz və əlindən yanıq xəsarətləri alıb. Digər iki
nəfər isə yüngül xəsarətlər alıblar.
Saat 11:00
Bakının Nərimanov rayonunda partlayış baş verib. ANS PRESS-in
məlumatına görə, hadisə Əliəşrəf Əlizadə küçəsi 42/9 mənzil 57
ünvanında qeydə alınıb. Adıçəkilən ünvanda yerləşən 3 mərtəbəli
binada bu gün səhər saat 10 radələrində olub.
Qonşuların verdiyi məlumata görə, binanın birinci mərtəbəsi
gözəllik salonu kimi fəaliyyət göstərib.Partlayaışda məhz burada
olub. Nəticədə salonda olan bir qadın əllərindən yanıq xəsarətləri
alıb. O, xəstəxanaya çatdırılıb. Qadının salonun işçisi və ya
müştəri olduğu, şəxsiyyəti bəlli deyil.
İlkin məlumata görə, partlayışa səbəb zirzəmidən qaz sızması olub. Belə ki, qonşular zirzəmidən salona kustar üsulla qaz borusu çəkildiyini iddia edirlər.
Hadisə nəticəsində binanın digər mənzillərinə də ziyan dəyib. Mənzillərin pəncərələrinin
şüşələri və dəmir məhəccərlər dağılıb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO