• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kürdəmirdə bədbəxt hadisə: qatar qolunu qopardı

Kürdəmirdə bədbəxt hadisə: qatar qolunu qopardı

Ötən gün Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmirdən keçən hissəsində qatar 62 yaşlı kişini vurub. Saat 21 radələrində Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü Məmmədov Ağaməmməd Ağa oğlu dəmir yolunu keçmək istəyərkən qatarın altında qalıb. Onun bir qolu relsin üstünə düşdüyündən bədənindən ayrılıb. Həm də baş nahiyəsindən xəsarət almış kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ailəsindən bildiriblər ki, A.Məmmədovun bir gözü görmür, o biri gözünün görmə qabiliyyəti isə 30 faizdən çox deyil.

Hadisə yerinə rayon prokurorluğunun əməkdaşları çıxıb, araşdırmalar aparılır. /anspress.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR