Dubaya getdi, amma... (FOTO)
Bizi izləyin

Qırmızı.az

Dubaya getdi, amma... (FOTO)

Pirsinq rekordçusu xoşagəlməz hadisə ilə üzləşib.

ANS PRESS-in məlumatına görə, bədəninə ən çox pirsinq taxan insan olaraq Ginnesin Rekordlar kitabına adını yazdıran Rolf Buşolz Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə İstanbuldan Dubaya səfər edərkən sərnişinlərin narazılığına məruz qalıb. Belə ki, yanında oturan sərnişinlər onun görünüşündən vahiməyə gəldiklərini, onu özlərindən uzaqlaşdırmağa çalışdıqlarını göstəriblər. Pirsinqli adam üçün ən dəhşətlisi isə Dubayda baş verib. Dubaylı nümayəndələr onu ölkəyə qəbul etməyiblər.

Qeyd edək ki, bədənində 453 ədəd pirsinq taxan Buşolz Dubaya “qəribələrin şousu” adlı tədbirdə iştirak etmək üçün gedib.

Pirsinq (ing. piercing — "deşik, dəlik") — bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm