Nəqliyyat işçilərinin əmək haqqı artıb
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat işçilərinin əmək haqqı artıb

Bu ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 75,6 min muzdlu işçinin 72,7 faizi dövlət müəssisələrində, 27,3 faizi özəl bölmədə çalışıb.

ANS PRESS-in məlumatına görə, işçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,5 faizi su, 15,7 faizi hava nəqliyyatı, 19,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 3 faiz artaraq 539 manat olub. Bu göstərici hava nəqliyyatında 780 manat, dəniz nəqliyyatında 729,8 manat, avtomobil nəqliyyatında 462 manat, dəmir yolu nəqliyyatında isə 214,5 manat təşkil edib.

Əmək haqqı metro nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 10,3 faiz, dəniz nəqliyyatında 2,7 faiz, dəmir yolu nəqliyyatında isə 3,6 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm