Mənəvi-əxlaqi dəyərlərlə bağlı tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

Mənəvi-əxlaqi dəyərlərlə bağlı tədbir keçirilib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 14 avqust 2014-cü il tarixində Zaqatala şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirmişdir.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakcılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına məlumat verdi. Qacılması mümkün olmayan qlobalaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökümət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı. Sonra Zaqatala rayonunun İcra Hakimiyyətinin nümayəndəsi Rəfiqə Bağırova mövzunun əhəmiyyəti və regiona xas xüsisiyyətləri barədə seminar iştirakcılarına geniş məlumat verdi.

Kəpənəkci kənd bələdiyyəsinin sədri Xuraman Şabanova cıxış edərək mənəvi əxlaqi dəyərlərimizin aşınmasında süni faktorları sadaladı və bu kimi tədbirlərin yalnız rayon mərkəzində deyil, kənd nümayindəliklərinədə təşkil edilməsini məqsədə uyğun hesab etdi. Mərkəzləşdirilmiş kitabxanın direktoru Gülnigar Məmmədova öz cıxışında mövzunun aktuallığından bəhs etdi.

Tədbirin sonunda Zaqatala Rayon Ağsaqqal Şurasının sədri İsa Əhmədov cıxış edərək tədbirin ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özundən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunun qoyuluşunu yüksək qiymətlədirdi. Sonra tədbir iştirakciları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz acdılar. Aparılan müzakirələrin nəticəsində münasib təkliflər hazırlanaraq ictimaiyyətə və mətbuata təqdim olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm