Ana və qızın intiharına görə atanın həbs xəbəri yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

Ana və qızın intiharına görə atanın həbs xəbəri yalan çıxdı

Bir neçə gün əvvəl Bakıda bir ailənin iki üzvünün intiharına görə ailə başçısının həbs edilməsinə dair yayılan xəbərlər rəsmi təsdiqini tapmadı.


Bu barədə Publika.az-a Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova bildirib. Onun sözlərinə görə, intihar faktına görə Asəf Fərzəliyevin tutulmasına dair bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.


O bildirib ki, intihar faktı üzrə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü ölüm həddinə çatdırma) cinayət işi açılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm