3 yaşlı uşaq dəmir darvazanın altında qaldı
Bizi izləyin

Qırmızı.az

3 yaşlı uşaq dəmir darvazanın altında qaldı

Şamaxıda 3 yaşlı uşağın üzərinə darvaza düşüb.

Kanal S xəbər verir ki, Şamaxı şəhəri, Bakı küçəsində yaşayan 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.

3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm