• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qazaxda kişi qatarın altında qaldı

Qazaxda kişi qatarın altında qaldı

Ötən gün Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Bakı-Qazax dəmiryol xəttinin Kürdəmirdən keçən hissəsində qatar 62 yaşlı kişini vurub.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə baş verərkən Ağaməmməd Məmmədov dəmir yolunu keçirmiş. Bu zaman o, sürətlə gələn qatarın altına düşüb. Baş nahiyəsindən xəsarət alan A.Məmmədovun qolu bədənindən ayrılıb və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan Publika.az-a bildirilib ki, onun vəziyyəti ağırdır.

Polis yaşlı kişinin görmə qabiliyyətinin olmadığını bildirib.

Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalar aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR