Sərxoş kişi dənizdə batdı
Bizi izləyin

Qırmızı.az

Sərxoş kişi dənizdə batdı

Bakıda 21 yaşlı oğlan sərxoş vəziyyətdə dənizdə çimərkən boğulub.


Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 17-də Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Fatmayi” sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədov axtarışları başa çatıb.


E.Əliməmmədovun cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Əməliyyat saat 09:55-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm