Qonşusunun qızılını və pulunu oğurladı
Bizi izləyin

Qırmızı.az

Qonşusunun qızılını və pulunu oğurladı

Qonşusunun mənzilindən oğurluq edən Şəmkir Rayon sakini Əlixan Hüseynov saxlanılıb. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, o, qonşusu Əli Qasımovun mənzilindən 35 manat və qızıl üzük oğurlayıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əlixan Hüseynovun törətdiyi digər cinayətlərin də üstü açılıb.

Müəyyən edilib ki, o, həmyerlisi Rəşad Pirverdiyevə məxsus “VAZ-2106” markalı avtomobildən maqnitafon, daha sonra Əbülfəz Vəliyevə məxsus təmir alətləri olan avadanlıqlar oğurlayıb.

Silsilə oğurluqlar edən Əlixan Hüseynovun digər cinayətlərdə iştirakı araşdırılır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm