Nənə və 2 yaşlı nəvə intihara cəhd edib – TƏFƏRRÜAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Nənə və 2 yaşlı nəvə intihara cəhd edib – TƏFƏRRÜAT (YENİLƏNİB)

Şirvan şəhərində nənə ilə nəvə özünü körpüdən Kür çayına atıb. Şirvan Şəhər Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər və polis əməkdaşları onların həyatını vaxtında xilas edə biliblər.

Hadisədən dərhal sonra intihar edən şəxslərin ətrafında araşdırma aparılıb. Müəyyən edilib ki, bu, 55 yaşlı Dilşad Cəbrayılova və 2 yaşlı Tofiq Cəbrayılovdur.

Polis bildirib ki, qadın uzun müddətdir ki, ruhi xəstəlikdən əziyyət çəkir. Evdən çıxarkən körpəni gəzməyə apardığını bildirib.

Simnarə

13: 37

Özünü çaya atan şəxslər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan şəhərində ("Əli Bayramlı" sularda xilasetmə məntəqəsindən 700 m sola, nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədi ilə özünü körpüdən çaya atıb.

Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunblar. Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, intihar etmək istəyənlər nənə və nəvə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm