• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dövlət məmuru boşanma üstündə bıçaqlandı

Dövlət məmuru boşanma üstündə bıçaqlandı

Bu gün səhər saatlarında Tərtərin Dördyol adlanan ərazisində bıçaqlanma hadisəsi baş verib.


ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb.


Yerli sakinlərin verdiyi məlumata görə, hadisəyə səbəb Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.


Hadisə ərazidəki mağazalardan birində baş vedib. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.


Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR