• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ədliyyə orqanlarına qəbul üçün müsabiqə keçirilir

Ədliyyə orqanlarına qəbul üçün müsabiqə keçirilir

Azərbaycan ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə namizədlərin qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb. Bu barədə Publika.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılıb və onlarla fərdi qaydada söhbət keçirilməsinə 2014-cü il avqustun 25-dən etibarən başlanılacaq.

Bununla bağlı hər bir namizədlə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) söhbət keçiriləcək. Söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Eyni zamanda, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi, 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti, 2, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xaqani küçəsi, 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR