Türkiyə vətəndaşı Bakıda oğurluq etdi
Bizi izləyin

Qırmızı.az

Türkiyə vətəndaşı Bakıda oğurluq etdi

Oğurluqda təqsirləndirilən Roman Moskalyov və Türkiyə vətəndaşı Kutlu Ali Riza həbs olunub. Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, onlar Bakı şəhərində müxtəlif rayonlardan oğurluq ediblər. Təkcə Nəsimi rayonunda 10-a yaxın cinayət törədiblər. Belə ki, sakinlərə məxsus avtomobillərdən pul, mobil telefon, sənəd və məişət əşyaları oğurlayıblar.

Bundan başqa, Türkiyə vətəndaşı Kutlu Ali Rizanın Bakı şəhər sakini Mehman İbrahimova qarşı xuliqanlıq etməsi müəyyən edilib. Üzərində gəzdirdiyi bıçaqla M.İbrahimova hədə-qorxu gəlib pul tələb edib.

Onların digər cinayətlərdə iştirakı araşdırılır.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm