Valideynlər məsuliyyətə cəlb oluna bilər
Bizi izləyin

Qırmızı.az

Valideynlər məsuliyyətə cəlb oluna bilər

Azərbaycanda valideynlər uşaq məsuliyyətsizliyinə görə təklif olunan yeni qanunla cəzalanacaqlar”.

Bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda valideyn məsuliyyətsizliyi məsələsinə münasibət bildirərkən deyib.

Elgün Səfərovun sözlərinə görə, valideyn məsuliyyətsizliyi ilə əlaqəli yeni qanun layihəsinin irəli sürülməsi ilə bağlı təkliflər artıq Sosial Müdafiə Nazirliyinə təqdim olunub:

“Hazırda bu təkliflər üzərində işlər gedir. Bizim yeni qanun layihəsi ilə bağlı irəli sürdüyümüz təkliflərin əsas mahiyyəti valideyn məsuliyyətsizliyinin azaldılması və demək olar ki, bu kimi halların tamamilə aradan qaldırılmasıdır. Son vaxtlar avtomobil idarə olunarkən uşaqların təhlükəsizliyi ilə bağlı yol verilən səhvlər, ictimai yerlərdə valideyn üzərinə düşən və buna görə məsuliyyət daşıdığı bir çox prosedurlara əməl olunmaması kimi hallar tərəfimizdən müşahidə olunur və bu, yolverilməzdir.

Yeni təklif etdiyimiz qanun layihəsi məhz valideyn məsuliyyətinin qorunmasına xidmət edəcək. Bizim irəli sürdüyümüz uşaqların təhlükəsizliyinin qorunmasına görə valideyn məsuliyyəti ilə bağlı təkliflərlə yanaşı, inzibati xətalar və ailə məcəlləsinə, uşaq hüquqları məcəlləsinə dəyişikliklərin olunması və eyni zamanda qaraçı küçə uşaqlarının reabilitasiyası ilə bir sıra təkliflər də nəzərdə tutulub. İrəli sürdüyümüz 15-dən artıq təklif və dəyişikliklərə hakimiyyət orqanları tərəfindən baxıldıqdan sonra təklifin müzakirəsi və qəbulu üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndəriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm