Dənizdə batan şəxslər xilas edilib
Bizi izləyin

Qırmızı.az

Dənizdə batan şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin operativliyi sayəsində bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 şəxs xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, "Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində dənizdə, "Tağıyev" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşən 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm