Bakının bir hissəsi zülmətə qərq oldu
Bizi izləyin

Qırmızı.az

Bakının bir hissəsi zülmətə qərq oldu

Paytaxtın Yasamal rayonu zülmətə qərq olub.

Rayon sakinlərinin verdiyi məlumata görə, artıq bir saatdan çoxdur ki, rayona elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Bakelektrikşəbəkə”dən Axar.az-a bildirdilər ki, həqiqətən Yasamal rayonunun yarımstansiyasında açılmalar baş verib. Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.

“Qonşu Binəqədi, Nəsimi və Nərimanov rayon idarələrinin işçiləri də yardım üçün Yasamal yarımstansiyasına göndərilib və problemin aradan qaldırılması üçün ciddi iş aparılır. Təəssüf ki, açılmanın səbəbini hələ aydınlaşdıra bilməmişik”, - deyə “Bakeletrikşəbəkə”nin növbətçi hissəsindən qeyd etdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm