Qubada 19 yaşlı gənc göldə batdı
Bizi izləyin

Qırmızı.az

Qubada 19 yaşlı gənc göldə batdı

Qubada ötən gün axşam saatlarında 19 yaşlı gənc göldə batıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Qaraçay kəndində göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 85 km aralıda nəzarətsiz ərazidə) 1995-ci il təvəllüdlü Həzrət Nadir oğlu Səlimov çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb.

H. Səlimovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:05-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm