Asfalt üzərində “park”
Bizi izləyin

Qırmızı.az

Asfalt üzərində “park”

Paytaxtın Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - Xutor dairəsində yerləşən yol qovşağı kompleksinin tikintisi bir müddət əvvəl başa çatıb.

Axar.az-ın müxbiri ərazidə olarkən tikintinin artıq başa çatdığı Alı Mustafayev küçəsində “salınmış” yeni parkda müşahidə aparıb.

Alı Mustafayev küçəsinin sağ və sol tərəfləri ilə uzanan yeni yol ötürücüsünün üzərindəki yollar 3-cü mikrorayon dairəsi ilə Xutor dairəsini birləşdirir. Yolun orta hissəsində isə uzun bir zolaq boş qalıb. Bura asfalt və betonla örtülüb, üstünə isə uşaqlar üçün oyun, idman qurğuları və oturacaqlar qoyulub. Asfalt-beton üzərində “salınmış” bu parkda nə bir ağac, nə də gül kolu, kiçicik bir yaşıllıq belə yoxdur. Yaxınlıqdakı binalarda yaşayan sakinlər isə səhər və axşam saatlarında buraya istirahət etmək üçün gəlirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm