Qırmızı.az
Bəzən sadəcə bir söz insanın həyatını dəyişə bilər ...
Gənclər arasında intiharların getdikcə daha da artdığı bir dönəmdə hamımızı bir az daha çox düşünməyə çağıran kiçik bir yazı
Ətrafımızdakı insanlara hər zaman onların çox önəmli olduqlarını söyləmək bəzən onların, bizim həyatımızda o qədər çox şeyləri dəyişdirə bilir ki... Sadə bir kəlmənin bəzən o qədər böyük bir gücü olur ki... Amma bir çoxlarımız bunun fəqrində deyilik...
Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinif şagirdlərinin digər insanlardan fərqli olan özəlliklərini vurğulayaraq qiymət- ləndirmək qərarını vermişdi. Hər bir şagirdi bir-bir yazı taxtasına qaldırdı. İlk öncə şagirdlərə sinif və özü üçün nə qədər fərqli olduqlarını bildirdi. Sonra hər birinə üzərində qızıl hərflərlə “Siz çox önəmlisiniz” yazılı bir mavi lent verdi. Daha sonra qəbul görmənin toplum üzərində hansı təsirləri olacağını anlaya bilmək məqsədilə sinfinə bir layihə hazırlamağı tapşırdı. Hər bir şagirdinə daha üç dənə lent verdi, onlardan bu mərasimi əyani şəkildə davam etdirmələrini istədi. Şagirdlər daha sonra nəticələri izləyəcək, kimin kimi şərəf- ləndirdiyini təsbit edəcək, bir həftə boyunca sinfə bilgi verəcəklərdi.
Uşaqlardan biri gələcəkdəki karyera çalışmaları üçün ona yardımçı olduğundan yaxınlıqdakı bir şirkətin üst səviyyəli vəzi- fəlisini şərəfləndirmişdi. Adamın yaxasına mavi lenti taxmışdı. Daha sonra iki dənə də lent vermiş və “Sinifdə bu mövzuda bir layihəmiz var. Sizdən şərəfləndiməyiniz üçün birini tapmağınızı istəyirik. Şərəfləndirdiyiniz insanlara ekstra lent də verin. Beləliklə, onlar da bu layihənin davam etməsi üçün başqalarını da tapa bilərlər. Daha sonra, lütfən, mənə nəticələri ilə bağlı bilgi verin...”
O gün üst səviyyə idarəçisi üzsüz biri olaraq bilinən müdirinin
yanına getməyə qərar verdi. Müdirinin otağına daxil oldu və
müdirinə yaradıcı bir dahi olduğundan onu təqdir etdiyini söylədi.
Müdir heyrət içində idi. Müdirinə yaxasına mavi lenti taxması üçün
iznini istədi. Təəccüblənən müdir “Təbii ki..!” cavabını verdi. Üst
səviyyə idarəçi mavi lenti müdirinin tam ürəyinin üstündən,
pencəyinə taxdı. Ekstra
lenti verərkən “Mənə bir yaxşılıq edə bilərsinizmi? Siz də bu lenti şərəfləndirmək istədiyiniz birinə verə bilərsinizmi? Bunu mənə bir uşaq məktəbdə bir layihə etdiklərini söylədi. Bu qəbul görmə mərasiminin davam etməsi lazımdır. Beləliklə, insanlara necə təsir etdiklərini müəyyən edəcəkdilər.”
O gecə müdir evinə gəlib, on dörd yaşındakı oğlunu yanına oturtdu. “Bu gün inanılmaz bir şey oldu. Ofisdə idim, üst səviyyə idarəçilərdən biri içəri daxil oldu. Mənə heyran olduğunu söylədi və yaradıcı bir dahi olduğum üçün bu lenti yaxama taxdı. Bir xəyal etməyə çalış. Mənim yaradıcı bir dahi olduğumu düşünür. “Siz çox önəmlisiniz” yazılı bir lenti tam köksümün üzərinə taxdı. Mənə ekstra bir lent də verdi və şərəfləndirə biləcək başqa birini tapmağımı istədi. Maşınla evə gələrkən bu mavi lent ilə kimi şərəfləndirə biləcəyimi düşündüm və ağlıma sən gəldin. Mən səni şərəfləndirmək istəyirəm. Günlərim hədsiz yorucu keçir. Evə gəldiyimdə sənə yetərincə diqqət göstərə bilmirəm. Bəzən dərslərdən aldığın qiymətləri bəyənməyib və ya otağını yığışdırmadığını gördüyümdə, sənin üstünə qışqırıb- bağırıram. Halbuki bu gecə səni yanımda oturdub sənə mənim üçün nə qədər fərqli, dəyərli olduğunu söyləmək istədim. Anan kimi sən də mənim həyatımdakı ən önəmli insansan. Sən mükəmməl bir uşaqsan. Səni sevirəm!”
Heyrət içində olan uşaq ağlamağa başlamışdı. Bütün vücudu titrəyirdi, başını qaldırdı, gözləri yaş içində atasına baxdı və “Sabah intihar etməyi düşünürdüm. Ata, mən sənin məni sevmədiyini düşünürdüm... Amma hər şey artıq fərqlidir”, – dedi.
P.S. Məktəblərimizdə şagirdlər arasında bu cür layihələrin ke-
çirilməsinə, məhz onların bu cür məsələlərdə təşəbbüsçü kimi çıxış
etməsinə o qədər böyük ehtiyac var ki... Çünki məhz məktəb
yaşlarında gələcəyimiz olan uşaqların duyğu və düşüncələri,
şəxsiyyəti ciddi şəkildə formalaşır.
Unutmamalıyıq ki, sadəcə bircə söz bəzən bir insanın həyatını
dəyişə, xilas edə bilər...
Qənirə Paşayeva
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO