Sabah Xaçmazda əmək yarmarkası keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Sabah Xaçmazda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkasının avqustun 20-də Xaçmaz rayonunda keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yarmarkada rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar üzrə 350-yə yaxın vakant iş yeri işsiz və işaxtaranlara təklif olunacaq. Habelə sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də təklif ediləcək.

Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 20 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 1509 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib, 108 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 107 nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm