Bakıda görünməmiş Paris cinayəti
Bizi izləyin

Qırmızı.az

Bakıda görünməmiş Paris cinayəti

Bir neçə gün əvvəl baş vermiş hadisə Bakı şəhərində “kloşarlar”ın peyda olmasından xəbər verir. Kürdəxanı qəsəbə sakini olan xanım Nizami rayon Polis İdarəsinə maraqlı şikayət edib. İdarədən milli.az-ın əldə etdiyi məlumata görə, hər şey gənc qadının küçənin ortasında tanışı ilə cinsi əlaqədə olmasından sonra baş verib.


Qadın şikayətində göstərib ki, avqustun 12-də gecə saat 23 radələrində iki il əvvəl tanıdığı 30 yaşlı Azad Namazovla Qara Qarayev prospekti, 122 saylı binanın qarşısına gəlib və orada onunla cinsi əlaqədə olub.


Bundan sonra A.Namazov onun içərisində 480 manatlıq qızıl, mobil telefon və 20 manat olan çantasını götürərək qaçıb.


Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm