Daha bir əsgərimizi itirdik
Bizi izləyin

Qırmızı.az

Daha bir əsgərimizi itirdik

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.


Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəllüdlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.


Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyiti batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.


Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.


Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən anspress-in bölgə müxbirinə təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm