Məmurun bıçaqlanma görüntüsü yayıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Məmurun bıçaqlanma görüntüsü yayıldı - VİDEO

Əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyevin öz oğlunun qaynı tərəfindən bıçaqlanması barədə məlumat verilmişdi.

Azadxeber.net-in verdiyi məlumata görə, hadisə ərazidəki mağazalardan birində baş verib və bıçaqlanma anı təhlükəsizlik kameralarına düşüb. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub. Hadisəyə Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.

Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Təhlükəsizlik kamerası tərəfindən lentə alınmış video kadrı sizlərə təqdim edirik.

Azadxeber.net

Oxumağa davam et
Reklam
Reklam

Gündəm