Qırmızı.az
“ASAN xidmət”-in “Çağrı” mərkəzi 200.000-ə yaxın müraciəti cavablandırıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi şöbəsinin fəaliyyətinin 1illiyi qeyd olunur.
Dövlət Agentliyindən Publika.Az-a verilən c\xəbərə görə, “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini təmin edir. “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən onlayn müraciət, email, sosial şəbəkələr(internet) və ya telefon vasitəsilə mövcud dövlət orqanlarının göstərdiyi bütün xidmət növləri,tələb edilən sənədlər, dövlət rüsumu və ya xidmət haqqı barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Eyni zamanda mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron şikayət köşkü vasitəsi ilə vətəndaşlar “Çağrı” mərkəzi əməkdaşları ilə canlı video əlaqə yaradaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı öz təklif və şikayətlərini bildirə bilərlər.
Ötən bir il ərzində “Çağrı” mərkəzi tərəfindən “108” telefon nömrəsi vasitəsi ilə 155.476, onlayn əlaqə ilə 10.670, rəsmi elektron poçt ünvanından 401, sosial şəbəkələr vasitəsi ilə 26 mindən artıqolmaqla ümumilikdə 200.000-ə yaxın müraciət cavablandırılıb.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı