Boluda Qarabağ parkı açılacaq
Bizi izləyin

Qırmızı.az

Boluda Qarabağ parkı açılacaq

Bolu bələdiyyə başqanı Bolunun Fəxri Vətəndaşı olan millət vəkili Qənirə Paşayevanın xahişini yerinə yertirəcəklərini və Boluda gözəl bir Qarabağ parkı acılacağını deyib.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Bolunin Fəxri Vətəndaşı Qənirə Paşayeva Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin,Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmış və bələdiyyə başçısının rəhbərliyi altında nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfəri zamanı onların bir hissəsini yerində gördüklərini xüsusi vurğulamışdır.

Boluya səfərlərini və Boluda təşkil edilən Koroğlu festivallarında,simpoziumlarında, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB ilə Bolunun müxtəlif qurumlarrının birgə təşkil etdiyi Qarabağ konfransları, Xocalı Soyqırımızı anma tədbirlərini, “Qarabağdan Anadaloya Könül Körpüsü, Bir millət iki dövlət, Azərbaycan-Türkiyə qardaşlıq gecələrini”ndə iştirakını xatırladan millət vəkili Qənirə Paşayeva Boluda Qarabağ adını daşıyan bir parkının salınmasının və ya parklardan birinə Qarabağ adının verilməsinin önəmini bir daha vurğulamış və Bolunun Fəxri Vətəndaşı olaraq da bununla bağlı xahişini təkrarlamışdır.

Azərbaycanı çox sevdiyini deyən və bu yaxınlarda Azərbaycana etdiyi səfərini böyük məmnuniyyətlə xatırladığını deyən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Bolu ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Qənirə Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü bildirib. Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz yaxın zamanlarda Boluda Qarabağ parkının açılacağını və onun açılışında birgə iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanı da şəxsən dəvət edəcəyini deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycanın qədim musiqi aləti saz hədiyyə edib. Koroğulunun yadigarı olan saz musiqi alətinə görə təşəkkürünü bildirən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz bu hədiyyədən çox məmnun qaldığını deyib. Millət vəkili Qənirə Paşayeva Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaza Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm