4 nəfər suda boğuldu
Bizi izləyin

Qırmızı.az

4 nəfər suda boğuldu

Son iki gündə Azərbaycanda 4 nəfər suda boğulub.


Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, avqustun 18-də Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında çimərkən, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə çimərkən, Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulublar.


Onların meyitləri çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm