ARDNŞ-də faciə – fəhlə iş başında öldü
Bizi izləyin

Qırmızı.az

ARDNŞ-də faciə – fəhlə iş başında öldü

"İlqar-NNT" MMC-nin əməkdaşı "Dübəndi" Neftaşırma sahəsində dünyasını dəyişib.

Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, avqustun 19-da, saat 11:00 radələrində ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin "Dübəndi" Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən "İlqar-NNT" MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm