Sərxoş polis mayoru avtomobili dərəyə aşırdı
Bizi izləyin

Qırmızı.az

Sərxoş polis mayoru avtomobili dərəyə aşırdı

Sərxoş polis mayoru avtomobili dərəyə aşırıb.


Kəpəz TV xəbər verir ki, ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb.


Nəticədə, sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər Rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov sükan arxasında sürücülük hüququ olmadan əlyəşməklə yanaşı, ağır dərəcəli sərxoş olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm