“Siyasi dustaqlar”la bağlı broşura yığışdırılıb
Bizi izləyin

Qırmızı.az

“Siyasi dustaqlar”la bağlı broşura yığışdırılıb

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycanla əlaqəli mübahisəli “siyasi dustaqlar” ilə bağlı broşuranı öz internet səhifəsindən yığışdırıb.

Bu haqda Forumun həmsədri, iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, ötən həftə Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin Azərbaycan üzrə Milli Platforması bəyanat qəbul edərk həmin sənədin forumun internet səhifəsindən yığışdırılmasıni istəmişdi. Milli Platforma məsləhətləşmələr yolu ilə Azərbaycan ilə bağlı sənədlərin və eləcə də broşuraların hazırlanmasının vacibliyini bildirmişdir.

Forumun internet səhifəsindən sözügedən sənədin götürülməsi ilə bağlı qərarın qəbul edilməsinin müsbət addım olduğunu deyən Vüqar Bayramov bildirib ki, həmsədri olduğu beynəlxalq qurumun milli nümayəndəliklər ilə məsləhətləşərək fəaliyyət həyata keçirməsi eyni zamanda yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini nəzərə alınması baxımdan vacibdir.

Xatırladaq, forum bir müddət öncə bu qurumda Azərbaycandan olan İdarə Heyəti üzvlərinin iştirakı olmadan “Azərbaycanda siyasi məhbuslar” adlı qondurma broşura hazırlayaraq, ölkədə guya 100 “siyasi məhbusun” olduğunu bildirmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm