Dünyada ən qorxulu şey cahillik və cəhalətdir...
Bizi izləyin

Qırmızı.az

Dünyada ən qorxulu şey cahillik və cəhalətdir...

“Cahil ilə söhbət etmək zor olur, Qulağı sağırdır, gözü kör olur. Hər sözündə qovğa niza var olur, Cahillər, tikanlı çalı sayılır.”

Aşıq Veysəl Şatıroğlu

Dünyada ən qorxulu şey cahillik və cəhalətdir...

Hər bir toplum zaman-zaman onunla mübarizə aparmalı və ca- hillərin, cahilliyin artmamasına çalışmalıdır. Cahillərin çoxaldığı toplum məhvə məhkumdur. Bir toplum üçün cahillikdən böyük bəla ola bilməz. Çox sözlər deyilib cahilliyin fəsadları ilə bağlı, çox yazılıb amma onların sayı kəskin surətdə azalmır ki, azalmır..! Hz. Ömər deyərdi: “Bu ümmət üçün ən çox qorxduğum şey, dili və sözləri ilə alim, qəlbi ilə cahil olanlardır.” Hz. Əli isə “alim, ölsə də yaşar; cahil yaşarkən ölüdür.”

Mansur bin Ammar deyərdi: “Cəhalət yoluna girən, ədalət yo- lunu buraxar.” Hz. Mövlanə isə “Cahil olanların mərhəmət və lütfü azdır” – deyirdi. Mühəmməd İqbal “cahilliyin sonu sərsəriliklə bitir”, deyə səslənirdi: “…Sərsəri, cahil buraxılmış uşağın böyümüşüdür...” Sədi isə deyərdi ki, nə qədər oxuyursan oxu, bilginə yaraşan şəkildə davranmasan cahilsən – deməkdir.

Bir sözlə, dünyanın bütün aydın insanları hər zaman cahillik və cəhalətlə mübarizəyə səsləyib insanlığı... Cəhalət və cahilliyin nə qədər dəhşətli bir şey olduğunu anladan bir öykünü paylaşmaq istəyirəm:

Yüzillər öncə od yandırmağı öyrənən bir adam uzaq bir adanın od bilinmədiyi ucqar bucaqlarını ziyarət edir. Odun necə yan dırıldığını və ondan necə istifadə edildiyini araşdırır. Görür ki, birinci bölgədə od sadəcə rahiblərin bildiyi bir sirdir. Onlar zənginlik içində və çox yaxşı durumda yaşadıqları halda, xalq soyuqdan titrəyirmiş.

İkinci bölgədə insanlar oda və oddan yararlanmağa yarayan alətlərə sitayiş edilsə də, kimsə oddan istifadə etməyi bilmir...

Üçüncü bölgədə isə xalq odu onlara gətirmiş olan adamın toteminə sitayiş edir... – Böyük və ya kiçik, bütün ev və məbədlərdə “heykəl”i olmasına baxmayaraq kimsə odun nə olduğunu bilmir.

Dördüncü bölgədə isə odun öyküsü bir əfsanə halına gəlmiş və hədsiz bir sevgi ilə təkrarlanırmış… amma gerçəklə heç bir bağlılığı yoxdur.

Deməli, bir gün bir sufi ustadı öz müridlərinə dünyanı tanıdaraq daha artıq bilgi əldə edə bilmələri məqsədilə onlarla uzun bir səyahətə çıxır. Sonunda da bu uzaq və dünyadan xəbərsiz adaya gəlirlər. Tələbələr birinci bölgəyə gələrkən buradakı pis vəziyyəti gördükdə onlardan bir nəfəri buna etiraz edərək yoldaşlarına belə deyir: “Siz yolunuza davam edin, mən xalqa odun necə yandırıldığını öyrətmək üçün burda qalıram.” Elə də edir amma meydanlarda danışmağa başlayar-başlamaz, rahiblər onu həbs etdirir və qısa bir “məh- kəmə”dən sonra odda yandırırlar…

İkinci bölgəni də keçərkən tələbələr heyrətlər içində qalırlar, görürlər ki, xalq od yandıracaq alətlərə sahib olduğu halda, onlardan istifadə etməyi bilmir... Tələbələrdən biri deyir: “Siz yola mənsiz davam edin, mən insanlara odun necə yandırıldığını öyrətmək üçün burda qalıram.” Elə də edir… amma ilk od yanan kimi xalq qorxur...

– Belə ki, insanlar müqəddəs alətlərdən istifadə etmənin topluma fay- dadan çox zərər verəcəyinə inanırlarmış və tələbəni daşlayaraq öldürürlər…

Üçüncü bölgədən keçəndə digər bir tələbə bu vəziyyətə dözməyərək belə deyir: “Məni burda buraxın. Bu xalqa bir totemin heç bir şəkildə Allah eşqinə uyğun gəlmədiyini öyrədəcəyəm.” Elə də edir amma o bölgənin sakinləri dillərində yaxşı danışmayanın onların dinlərini və adətlərini yıxmağa təşəbbüs etməyə, onları pis yola salmağa cəhd etdiyini düşünərək onu da öldürürlər.

Dördüncü bölgədə burada qalmağı təklif edib insanlara odu öyrətməyə və qədim əfsanənin heç bir əsası olmadığını sübut etməyə çalışan mürid ölkənin rahibləri ilə münaqişəyə girməli olur. Rahiblər gəncin onları aldatmağa çalışdığını və bu şəkildə dini inanclarının əleyhinə iş gördüyünü önə sürürlər və onu bir dəlixanaya salırlar.

Dönüş yolunda ustad sağ qalan tələbələrinə belə deyir:

- Bilmək öyrətməkdən daha asandır.

Bilməyən və bilməyə qarşı tamamilə duyarsız olan adam çox çətin öyrənir, ona izah edilənləri anlaması imkansızdır. Belə bir adam heç bir şeyi bilmədiyi halda bildiyinə inanar. Cahil belədir, çünki öyrənmək istəməz.

Bununla yanaşı öz dar sərhədlərinin narahatçılığı altındadır. Buna görə də bilənlərə və dəyərli olanlara nifrət edər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm