• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tovuzun dağlıq ərazilərində yanğın

Tovuzun dağlıq ərazilərində yanğın

Bu gün saat 15:00 radələrində Tovuzun Yuxarı Öysüzlü kəndinin dağlıq ərazilərində yanğın baş verib. Kənd sakinləri bildirirlər ki, ərazidə baş verən yanğın kəndin sonuncu yaşayış məntəqələrindən aydın şəkildə görünüb və Ağdam kəndi istiqamətində daha da şiddətlənib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə yerinə Tovuz Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi çağırılıb. Ərazi dağlıq olduğundan avtomobillərin hərəkəti mümkünsüzləşib. Hazırda yanğınsöndürənlər kiçik balonlarla alovu ram etməyə çalışırlar.

Qeyd edək ki, iki gün öncə də Tovuzun Əlibəyli kəndi ərazisində gecə saatlarında dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR