Qırmızı.az
İstanbulda azərbaycanlıların toplaşdığı kafeyə hücum oldu
Türkiyənin İstanbul şəhərində azərbaycanlıların
toplaşdığı kafe hücuma məruz qalıb.
ANS PRESS-in məlumatına görə, hadisə avqust ayının 16-da Başakşəhər
rayonunda baş verib. Naməlum silahlı kafeyə yaxınlaşaraq pəncərədən
içəri atəş açmağa başlayıb. Hücum zamanı 11 nəfər yaralanıb.
Yaralılar arasında azərbaycanlıların olub-olmadığı hələlik məlum
deyil.
İhlas xəbər agentliyi hadisə anı təhlükəsizlik kameralarına düşən
görüntüləri yayımlayıb. Kadrlarda silahlının kafeyə atəş açdıqdan
sonra hadisə yerindən qaçdığı əks olunur. Şahidlərdən biri hadisə
anını beə təsəvvür edib.
Kafenin çayçısı Cevdet Tayfun deyir ki, “Mən çöldə idim. Arxamı
çevirəndə pəncərədən atəş açmağa başladı. Mən söyüş söyərək ona daş
atdım və arxasınca qaçdım. Küçənin tinində mənə də atəş aşmaq
istədi, lakin silah açılmadı. Bu, fərdi olaraq mənə və ya burada
olan kiməsə qarşı edilmiş bir hücum deyil. Bu, ictimai bir
hadisədir. Bu məsələyə diqqət yetirilməsini istəyirəm. Həqiqətən
də, qrup halında bir yerdə toplaşa bilmirik. Mən bu kafeni yenidən
açsam da heç kim bura gəlməz. Daha əvvəllər də hədələrlə
qarşılaşmışıq”.
Faktla bağlı istintaq araşdırması başladılıb.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi